“Qafqazinfo” xəbər verir ki, əlamətdar yubileyə həsr olunmuş tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk növbədə MTN Səbail rayon İdarəsinin şəxsi heyətini, xüsusi xidmət orqanlarının bütün əməkdaşlarını yubiley münasibəti ilə təbrik edib. Asif Əsgərov Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, Azərbaycan xalqının lideri Heydər Əliyevin ölkəmizin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yetişdirilməsindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından danışıb.
Qeyd olunub ki, istər Sovetlər dönəmində, istərsə də müstəqillik qazanılan illərdən bəri Azərbaycanın təhlükəsizlik orqanları şərəfli yol keçmişlər. Gündən günə inkişaf edən respublikamızın nailiyyət və uğurlarını qəbul etməyən, ölkəmizə qarşı düşmən mövqeyi tutan daxili və xarici qüvvələrin, xalqımıza qarşı hər zaman düşmənçilik edən Erməni separatçıları və bu gün təxribatçılıqlarından əl çəkməyə Ermənistan xüsusi orqanlarının, onların əlaltılarının Azərbaycanda qarışıqlıq yaratmağa, təxribatlar törətməyə yönəldilən cəhdlərinin qarşısı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətlə alınır. Bildirilibki, hər bir vətənpərvər azərbaycanlı harada olmasına baxmayaraq, müasir, müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, onun inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməlidir.
Natiq MTN Səbail rayon İdarəsinin fəaliyyəti, paytaxtın mərkəzi rayonu, bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərimizin və çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yeri olan Səbail rayonunda asayişin, insanların təhlükəsizliyin qorunması, neqativ hallara yol verilməsinin, müxtəlif təxribatların qarşısının alınması istiqamətindəki işlərdən danışmış, idarə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən MTN Səbail rayon İdarəsinin rəisi, polkovnik Qurban Süleymanov 95 il öncə yaradılan Azərbaycanın ilk mili təhlükəsizlik orqanların tarixindən söz açıb. Bildirilib ki, 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi kimi fəaliyyətə başlayıb. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasını Heydər Əliyev tərəfindən yaradıldığını diqqətə çatdıran Q.Süleymanov qeyd edib ki, Heydər Əliyev milli təhlükəsizlik orqanlarının yəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət, yeni dövrün çağırışlarına uyğun təhlükəsizilik sisteminin yardılmasına böyük kömək olub.
Son xəbərlər
Son Xəbərlər