21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, yığmamız 3-cü matçında Almaniya seçməsi ilə qarşılaşıb.
"Dalğa Arena"da baş tutan görüşdə Almaniya millimizin qapısından 3 cavabsız top keçirib. Selkenin dubl etdiyi oyunda, bir dəfə də Kimmik fərqlənib.
Xatırladaq ki, Yaşar Vahabzadənin başçılıq etdiyi U-21 ilk oyununda Farer adaları üzərində qələbə qazansa da, ardınca Avstriya milisinizə uduzmuşdu - 0:2.
Son xəbərlər
Son Xəbərlər