Millimiz 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcək

millimiz-2-oyununu-baki-olimpiya-stadionunda-kecirecek
Oxunma sayı: 642

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi daha 2 ev oyununun stadionu müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz  San Marino və  Çexiya yığmalarını Bakı Olimpiya Stadionunda qəbul edəcək.
 
Qeyd edək ki, San Marino ilə görüş sentyabrın 4-ü, Çexiya ilə matç isə okyabrın 5-i keçiriləcək.