Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

millimiz-2-yoldasliq-oyunu-kecirecek
Oxunma sayı: 765

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək. “Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız toplanış müddətində 2 rəqiblə qarşılaşacaq.

Belə ki, yanvarın 12-də Almaniyanın “Rot Vays Erfurt” klubu ilə üz-üzə gələcək U-21 yanvarın 14-də isə Qazaxıstan təmsilçisi “Okjetpes”lə oyunda qüvvəsini sınayacaq.

Oyunlar, müvafiq olaraq, Bakı vaxtı ilə saat 16:00 və 18:00-da başlayacaq.