FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandası 22 pillə geriləyib.
Son yoldaşlıq görüşündə Qazaxıstana 0:1 hesabı ilə uduzan komandamız 112-ci yerdən 134-cü pilləyə yuvarlanıb. Yığmamız Svazilend millisi ilə eyni pilləni bölüşür.
Qeyd edək ki, reytinq cədvəlinə Argentina milisi başçılıq edir. Belçika 2-ci, Çili 3-cü pillədə qərarlaşıb. Türkiyə millisi isə 13-cü yerdə qərarlaşıb.

Son xəbərlər
Son Xəbərlər