Millimiz 23 il əvvəlki acınacaqlı nəticəni təkrarladı

millimiz-23-il-evvelki-acinacaqli-neticeni-tekrarladi
Oxunma sayı: 2066

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda səfərdə Slovakiya millisinə 0:2 hesabıyla məğlub olan Azərbaycan millisi tarixinin ən pis göstəricisini təkrarlayıb.

"Qafqazinfo" xəbər verir ki, cəmi 1 xalı olan Nikola Yurçeviçin komandası qrupun sonuncusu olub. Bununla da, millimiz "Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alınan antirekordu təkrarlayıb.

Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi  ilk dəfə beynəlxalq turnirə qatılırdı.