Qadınlar arasında qrup çoxnövçülükdə Azərbaycan komandası da iştirak edəcək.
Cütlüklərin yarışında Uliana Dyakova və Anatoli Leonov ölkəmizi təmsil edəcək.
Aerobika gimnastikasında da komandamız çıxış edəcək.
Bədii gimnastikada isə komandamızın iki üzvü Ayşən Bayramova və Durunda Marina müxtəlif növlərdə bacarığını nümayiş etdirəcək.
Batut gimnastikasında isə 2 cütlük mübarizə aparacaq.
İlya Qrişunun və Oleq Piunev kişilərin, Makstarova Sviatlana və Sabina Zaitseva isə qadınların sinxron hərəkətlərdə yarışlarında iştirak edəcək.
***
Akrobatika gimnastikasında qadınlardan ibarət qrupların mübarizəsi başa çatıb. Azərbaycan yığması burada Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovada ibarət heyətlə çıxış edib. Komandamız 82.310 xalla 5-ci pillədə qərarlaşıb.
***
Gimnastika yarışlarında ayrı-ayrı alətlər mübarizə aparan Durunda və Bayramova həlqə, lent, top və gürzlərlə hərəkətlərdə qüvvəsini sınayır.
Ayşən Bayramova topla hərəkətlərdə 15.900 xal toplayıb və 13-cü yeri tutub.
O, həlqələrlə hərəkətlərdə isə 17.000 xalla 10-cudur.
Durunda gürzlərlə hərəkətlərdə 17.800 xalla 5-ci pillədə qərarlaşıb.
Çoxnövüçlükdə isə Durundanın 33.850, Ayşən Bayramovanın 32.900 xalı var.
Son xəbərlər
Son Xəbərlər