Millimiz ABŞ-a məğlub oldu, turnirdə 4-cü yeri tutdu

millimiz-abs-a-meglub-oldu-turnirde-4-cu-yeri-tutdu
Oxunma sayı: 969

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, yığmamız bu gün 3-cü yer uğrunda oyunda Amerika Birləşmiş Ştatlarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımızdan Turan Vəlizadə 65-ci, Rauf Hüseynli isə 70-ci dəqiqədə qırmızı vərəqə alıb.

Komandamız turniri 4-cü sırada başa vurub.