Millimiz Albaniyanı məğlub etdi

millimiz-albaniyani-meglub-etdi
Oxunma sayı: 1787

Antalyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün sonuncu yoxlama oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bir neçə gün öncə məğlub olduğu albaniyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Matç bu dəfə millimizin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.

Qeyd edək ki, yığmamız Antalyada 3 oyun keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn komandamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.

26 yanvar

Azərbaycan (U-21) - Albaniya (U-21) 1:0

Qol: Ülvi İskəndərov, 53