Millimiz Albaniyaya məğlub oldu

millimiz-albaniyaya-meglub-oldu
Oxunma sayı: 2516

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, müvəqqəti olaraq Arif Əsədovun rəhbərlik etdiyi yığmamız Albaniya milli komandası ilə üz-üzə gəlib.

Sözügedən komandaların yoldaşlıq oyunu Macarıstanın Sombatxey şəhərində təşkil olunub. Qarşılaşma Albaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz eyni məkanda iyunun 11-də Qazaxıstan yığmasıyla da yoxlama oyunu keçirəcək.

Yoldaşlıq oyunu
7 iyun

Albaniya – Azərbaycan 3:1
Qollar: Nedim Bayrami, 12, Rey Manaj, 81, Qazim Laci, 87 - Musa Qurbanlı, 90+1.
Hakimlər: Mixali Kaprali, İstvan Albert, Gerqo Viqh-Tarsonyi, İstvan Vad (Macarıstan).
Sombatxey, “Haladas SportKomplexum”.