Bu gün Türkiyədə keçirilən “Antalya cup” turnirində III turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Bu matçda Yaşar Vahabzadənin yetirmələri 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığmamız ilk turda Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0 hesabı ilə məğlub edib.
26 yanvar
13:00. Azərbaycan U-21 – Albaniya U-21 4:0
Qollar: Vüqar Mustafayev,63, Azər Salahlı,74, Kamal Mirzəyev,80, Kamran Abdullazadə,90
Qırmızı vərəqə: Esin Hakay,65 (Albaniya)
“Su Səsi” otelinin “A” meydançası
Son xəbərlər
Son Xəbərlər