Millimiz Almaniya ilə qarşılaşacaq

millimiz-almaniya-ile-qarsilasacaq
Oxunma sayı: 890

Polo üzrə milli komandamız Avropa çempionatının finalında Almaniya seçməsi ilə qarşılaşacaq.

“Qafqazinfo”nun məlumatına görə, bu gün “Elit atçılıq və Polo klubu”nda Polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu, 5-ci tura yekun vurulub. Açılış oyununda Almaniya komandası, İsveçrə seçməsini 6-3 hesabı ilə məğlub edərək Avropa çempionatının finalında oynamaq hüququ qazanıb.

Ardınca meydana Azərbaycan və İspaniya komandaları çıxıblar. Görüş millimizin 9-3 hesablı qələbəsi ilə başa çatıb. 5-ci tura İtaliya İrlandiya oyunu ilə yekun vurulub.

Qarşılaşmada Apennin təmsilçisi 5-3 hesabı ilə qələbə qazanıb. Beləliklə də sabah saat 19:30 da başlayacaq Avropa çempionatının finalında Azərbaycan və Almaniya komandaları üz üzə gələcəklər.

Buna qədər isə 5-ci və 3-cü yerlər uğurnda görüşlər keçiriləcək. Saat 17:30 da İsveçrə və İtaliya komandaları 5-ci yerin, 18:30 da isə İspaniya və İrlandiya komanadalrı 3-cü yerin sahibini müəyyən edəcəklər.