Millimiz Almaniyaya uduzdu

millimiz-almaniyaya-uduzdu
Oxunma sayı: 681

Badminton üzrə kişilərdən ibarət milli komandamız bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, komandamız turnirin favoritlərindən sayılan Almaniya seçmə kollektivinə 0:5 hesabı ilə məğlub olub. Yığmamız qrupda son oyununu fevralın 13-də Çex Respublikasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, millimiz ötən gün birinci oyununda İslandiya komandasına 2:3 hesabı ilə məğlub olub.