Millimiz Antalyada turnirdə iştirak edəcək

millimiz-antalyada-turnirde-istirak-edecek
Oxunma sayı: 683

Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, Yaşar Vahabzadənin komandası hazırlıq prosesi çərçivəsində “Antalya Cup” turnirində iştirak edəcək.

Azərbaycan yığması ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.