Millimiz aşağı divizion klubuna uduzdu

Millimiz aşağı divizion klubuna uduzdu
Oxunma sayı: 259

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu qarşılaşmada yığmamızın baş məşqçisi Berti Foqts daha çox gənc futbolçuları sınaqdan keçirib. 21 yaşlılardan ibarət komandamızın 4 üzvü bu oyunda heyətdə olub. Qeyri-rəsmi status daşıdığından daha çox məşq xarakteri daşıyan qarşılaşmada almanlar minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 33-cü dəqiqədə Mosquera vurub.
Qeyd edək ki, bu oyun yığmamızın bu il son matçı olmaqla yanaşı, Berti Foqtsun komandada sonuncu oyunu ola bilər. Alman mütəxəssisin AFFA ilə başa çatmaq üzrədir və müqavilənin uzadılıb-uzadılmayacağı bilinmir.

“Union Berlin” – Azərbaycan - 1:0
Qol: Mosquera, 33
Berlin. “Union” stadionu.
Hakimlər: Feliks Zvayer, Stefan Lupp, Lasse Koslovski (Almaniya)
“Union Berlin”: Yan Qlinker, Kristian Ştruff, Mats Pfertsel, Patrik Kolmann, Markus Karl, Yahn-Yayro Mosquera, Patrik Zoundi, Torsten Mattuşka, Moris Trapp, Ginedu Ede, Mihael Parensen.
Azərbaycan: Andrey Popoviç, Ufuk Budak, Elnur Allahverdiyev, Ruslan Abışov, Vurğun Hüseynov, Badavi Hüseynov, Arif İsayev, Rahid Əmirquliyev, Murad Hüseynov, Rəşad Sadiqov, Əfran İsmayılov.
Ehtiyat oyunçular: Aqil Məmmədov, Aleksandr Çertoqanov, Amit Quluzadə, Cihan Özkara, Nizami Hacıyev, Vüqar Nadirov, Rauf Əliyev, Rizvan Umarov.

Ceyhun Əhmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi