Millimiz Avropa Kubokuna vəsiqə qazandı

millimiz-avropa-kubokuna-vesiqe-qazandi
Oxunma sayı: 2036

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, yığmamız Kipr seçməsi ilə üz-üzə gəlib.

Komanda rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Xatırladaq ki, daha əvvəl qadınlardan ibarət milli də final mərhələsinə yüksəlib.