Voleybol üzrə kişilərdən ibarət milli yığma komandamız Avropa Liqasında iştirak edəcək. “Qafqazinfo” xəbər verir ki, 8 ölkənin milli komandasının iştirak edəcəyi yarışda komandamız A qrupunda mübarizə aparacaq .Azərbaycan, Albaniya, Makedoniya, İsveç yığma komandaları ilə görüşəcək.
Fərid Cəlalovun komandası 16-18 iyun tarixlərində qrup mərhələsinin I turunun oyunlarını Makedoniyada, 23-25 iyun tarixlərində isə Albaniyada keçirəcək.
Qeyd edək ki, digər B qruunda Danimarka, Macarıstan, Ukrayna, İsrail milliləri mübarizə aparacaq.
Avropa Liqasının Final mərhələsi 01-02 iyul 2017-ci il tarixində baş tutacaq. Nəzərinizə çatdıraq ki, qrup mərhələsində ən çox qələbə qazanan 2 komada finala yüksəlir.
Makedoniya
16.06.17.
17:00. Albaniya – İsveç
19:30. Makedoniya – Azərbaycan
17.06.17
17:00. İsveç – Azərbaycan
19:30. Albaniya – Makedoniya
18.06.17
17:00. Azərbaycan - Albaniya
19:30. İsveç – Makedoniya
23.06.17
15:00. İsveç – Makdoniya
18:00. Albaniya – Azərbaycan
24.06.17
15:00. Makedoniya – Azərbaycan
18:00. İsveç – Albaniya
25.06.17
15:00. Azərbaycan – İsveç
18:00. Makedoniya - Albaniya
Son xəbərlər
Son Xəbərlər