Millimiz Avstraliyaya uduzdu

millimiz-avstraliyaya-uduzdu
Oxunma sayı: 1740

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.

Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 12:21.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.