Millimiz Bolqarıstana da məğlub oldu

millimiz-bolqaristana-da-meglub-oldu
Oxunma sayı: 1122

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci oyununa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub. Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan - 3:1 (25:23, 25:19, 21:25, 25:21)

Apeldorn (Niderland), "Omnisport" salonu