Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq

millimiz-bosniya-ve-herseqovina-ile-qarsilasacaq
Oxunma sayı: 637

Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunda mübarizəyə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək.

Komandamız ilk görüşdə Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.