Millimiz böyük hesabla uduzdu

millimiz-boyuk-hesabla-uduzdu
Oxunma sayı: 1610

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, komandamız Monteneqro yığması ilə qarşılaşıb.

Azərbaycan futbolçuları bu görüşdə böyük hesabla məğlub olublar. Daha öncə qrup oyunlarına ev sahibliyi edən Albaniyaya da 8:1 hesabıyla qalib gəlmiş Monteneqro birinci pilləni təmin edib.

Komandamız digər matçını sentyabrın 30-da meydan sahibi Albaniyaya qarşı keçirəcək.

AÇ-2022-nin seçmə mərhələsi
27 sentyabr

Monteneqro – Azərbaycan 6:1
Qol: İvana Boriçiç, 20; 51; 54. Tatyana Osmayiç, 38; 85. Tanya Malesiya, 80 – Aydan Həsənova, 71-pen.
Hakimlər: Aynara Andrea, Rita Kabanero (hər ikisi İspaniya), Yekaterina Çernova, Marina Krupskaya (Rusiya).