Millimiz darmadağınla uduzdu

millimiz-darmadaginla-uduzdu
Oxunma sayı: 1785

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupda son matçına çıxıb.

“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, C qrupunda qərarlaşan yığmamız Sloveniyanın U-19 komandası ilə qarşılaşıb.

Keçirdiyi iki görüşdə 4 xal toplayan Təbriz Həsənovun komandası bu oyundan qalib ayrılacağı təqdirdə qrup lideri olacaqdı. Ancaq bu matçda millimiz 0:4 hesabı ilə uduzub. Bununla da komandamız qrupu üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, turnirin ilk görüşündə Latviya ilə 1:1 bərabərə qalan Azərbaycan millisi daha sonra Bolqarıstana 2:0 hesabı ilə qalib gəlib.

Qollar: Kevin Jilek, 18 (0:1), 36 (0:2), Sven Kariç Şoştariç, 56 (0:3), Tom Jurqa, 90 (0:4).