"Qafqazinfo"nun Apasport.az saytına istinadən məlumatına görə, qitə futbol qurumunun bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən növbəti konqresində bütün milli assosiasiyaların yekdilliklə səs verdiyi yeni turnirin formatı müəyyənləşməsə də, bəzi detallar açıqlanıb.
UEFA-nın baş katibi Canni İnfantino bildirib ki, AVRO-2020-nin 20 iştirakçısı ənənəvi seçmə mərhələ vasitəsi ilə müəyyənləşəcək. Digər 4 ölkənin adına isə Millətlər Liqasında aydınlıq gələcək. Yeni turnirdə uğur qazananlar qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, AVRO-2020-nin oyunları 13 müxtəlif şəhərdə keçiriləcək. Artıq Bakının sənədlərini qitə çempionatına ev sahibliyinə namizəd şəhər kimi verilib.
Son xəbərlər
Son Xəbərlər