Millimiz Dünya Qadın Seriyasında mübarizəyə başlayır

millimiz-dunya-qadin-seriyasinda-mubarizeye-baslayir
Oxunma sayı: 686

Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə başlayır.

“Qafqazinfo” xəbər verir ki, yığma D qrupunda Filippin və Niderland ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu, Dünya Qadın Seriyasının beşinci mərhələsidir. Dörd mərhələdən sonra Azərbaycan komandası 45 xalla 19-cu yerdədir.