Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, millimiz siyahıdakı əvvəlki mövqeyində qalıb.
Belə ki, Azərbaycan yığması yenə 10-cu pillədədir. Hesabımızda 1411 reytinq xalı var.
Dünya çempionatına vəsiqə uğrunda cavab pley-off oyunu keçirəcəyimiz Hollandiya yığması isə 1213 xalla 26-cıdır.
Qeyd edək ki, Azərbaycan və Hollandiya futzalçıları arasındakı cavab görüşü aprelin 12-də Bakıda baş tutacaq. Tərəflər arasındakı ilk oyunda yığmamız 5:1 hesabıyla qalib gəlmişdi.
İlk üçlükdə qərarlaşan kollektivlərə gəlincə, Braziliya 1919 xalla zirvədədir. Bu ölkənin milli komandasını 1910 xalı olan İspaniya və 1743 xala malik Rusiya yığması izləyir.
Son xəbərlər
Son Xəbərlər