Millimiz dünya reytinqində irəlilədi

millimiz-dunya-reytinqinde-ireliledi
Oxunma sayı: 804

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

“Qafqazinfo” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi cədvəldə irəliləyib. 

Ötən ayla müqayisədə yığmamız 1 pillə yüksəlib. Hazırda komandamız 296 xalla 116-cı yerdədir.

Belçika yığması birinci pillədəki mövqeyini qoruyub. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.