Millimiz Ermənistana qalib gəlib yarımfinala çıxdı

millimiz-ermenistana-qalib-gelib-yarimfinala-cixdi
Oxunma sayı: 1925

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, millimiz B qrupundakı son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.