Millimiz Ermənistanı darmadağın etdi

millimiz-ermenistani-darmadagin-etdi
Oxunma sayı: 9474

Bu gün Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, açılış oyununda millimiz Ermənistan yığması ilə qarşılaşıb və rəqib üzərində 21-9 hesablı parlaq qələbə qazanıb. 

“B” qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu, Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq.