Millimiz Estoniya ilə Qəbələdə oynayacaq

millimiz-estoniya-ile-qebelede-oynayacaq
Oxunma sayı: 2414

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turunun Estoniya ilə matçını bölgədə keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Azərbaycan - Estoniya matçı 16 noyabr tarixində saat 18:00-da start götürəcək.

Qeyd edək ki, noyabr ayında Bakıda COP29 sammiti keçiriləcək. Buna görə də millinin oyunu Qəbələdə təşkil olunacaq.