Millimiz finalda İspaniyaya qarşı

millimiz-finalda-ispaniyaya-qarsi
Oxunma sayı: 1280


Görüşdə hesab açılmayıb – 0:0. Hər iki yığmanın xalları, vurulan və buraxılan topların sayı eyni olduğu üçün qrup liderliyini turnirin əsasnaməsinə uyğun olaraq “Fair Play” qaydalarına daha çox riayət edən komanda təmin edib. Gürcüstan komandası ilə müqayisədə daha az sayda vərəqə ilə cəzalandırılan yığmamız qrup mərhələsini birinci yerdə başa vuraraq final oyununa vəsiqə qazanıb.

Təbriz Həsənovun yetirmələri iyunun 26-da keçiriləcək həlledici oyunda İspaniya ilə qarşılaşacaq. “Astana Arena” stadionundakı matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız turnirdəki ilk oyununda Belarus komandasını 3:1, növbəti qarşılaşmada isə Rusiya-2 yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.