Millimiz Gürcüstana qarşı

millimiz-gurcustana-qarsi
Oxunma sayı: 1212

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, yığmamız B Divizionunun C qrupunda Gürcüstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna, İsveç və Kosovoya məğlub olub.