Millimiz ilk oyunda uduzdu

millimiz-ilk-oyunda-uduzdu
Oxunma sayı: 939

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk oyununa çıxıb. 

Qafqazinfo” xəbər verir ki, C qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası Litva ilə üz-üzə gəlib. Yığmamız rəqibinə 1:2 hesabı ilə uduzub.

Qrupumuzdakı digər oyunda isə Slovakiya və Qazaxıstan milliləri qarşılaşacaq.

Litva – Azərbaycan - 2:1