Millimiz İtaliyanı da məğlub etdi - Video

millimiz-italiyani-da-meglub-etdi
Oxunma sayı: 4020

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir. 

“Qafqazinfo” xəbər verir ki, Yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib.  

İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb. 

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb. 

Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Millimizin İtaliya millisi ilə keçirdiyi matçın icmalını təqdim edirik: