Millimiz Kosovaya uduzdu

millimiz-kosovaya-uduzdu
Oxunma sayı: 1912

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, Vüqar Məmmədin baş məşqçisi olduğu komanda Kosovonun müvafiq yaş qrupundan ibarət yığması qarşılaşıb.

Bakı vaxtı ilə saat 19:00-da başlayan matç komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.