Millimiz Kosovo ilə oyundan imtina etdi

millimiz-kosovo-ile-oyundan-imtina-etdi
Oxunma sayı: 965

Türkiyədə keçirilən “Antalya Cup” turnirində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə birlikdə Kosovo da çıxış edir.

“Qafqazinfo” xəbər verir ki, yığmamızın onlara qarşı oynayacağı adi hal kimi qarşılanmayıb. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, millimiz bu matçdan imtina edib: “Biz Kosovanın müstəqilliyini tanımırıq. Turnirdən öncə də bizə onların burda olacağı ilə bağlı xəbər gəlməmişdi. Sonra bildik və matçdan imtina etdik”.