Millimiz Macarıstana böyük hesabla uduzdu

millimiz-macaristana-boyuk-hesabla-uduzdu
Oxunma sayı: 3720

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunun 5-ci turunda Macarıstanla qarşılaşıb. Görüş rəqibin 5:0 qələbəsi ilə başa çatıb. 

Bu nəticədən sonra millimiz 4 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Macarıstan yığması isə 7 xalla ikinci yerə yüksəlib.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.