Millimiz məğlub başladı

millimiz-meglub-basladi
Oxunma sayı: 1263

Serbiyanın paytaxtı Belqradda futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunlarına start verilib.

“Qafqazinfo”nun məlumatına görə, milli komandamız ilk oyununda uduzub. İtaliya yığması ilə üz-üzə Azərbaycan millisi ikinci hissədə qapısında 3 top görüb.

Oyun elə bu hesabla da yekunlaşıb.

Qollar: Aleks Merlim, 20 (1:0), 21 (2:0), Qiasson, 29 (3:0) .