Millimiz məğlubiyyətlə başladı

millimiz-meglubiyyetle-basladi
Oxunma sayı: 1796


“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, Bakıda keçiriləcək turnirin II qrupunda mübarizə aparacaq U-17 yığmamız ilk matçında Xorvatiya ilə qarşılaşıb.

"Bakcell Arena"da keçirilən oyun komandamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 0:1 hesabı ilə geridə yollanan Mirbağır İsayevin komandası ikinci hissədə qapısında daha 3 qol görüb - 0:4. Qrupunda ilk oyununda isə Portuqaliya və Serbiya yığmaları üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, növbəti görüşünü martın 19-da Portuqaliyaya qarşı keçirəcək millimiz Bolqarıstanda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması üçün qrupda iki pillədən birini tutmalıdır.

 17 mart

Elit raund mərhələsi, qrup oyunları

16:30. Azərbaycan - Xorvatiya - 0:4

Qollar: Karlo İqor  Majiç, 23, 62 (0:2), Martin Erliç, 64 (0:3), Adrian Bleçiç, 79 (0:4)

Hakimlər: Dimitrios Massias, İoannis Lazardu (hər ikisi Kipr), Andreas Heydenrayx, Dominik Ouşan (hər ikisi Avstriya)

Bakı. "Bakcell Arena"

13:00. Portuqaliya - Serbiya - 0:0

Azərbaycan: 1. Murad Popvov, 2. Ruslan Bədiyev, 3. Anton Krivotsyuk, 5. Xəyal Əmirli, 14. Kənan Zülfüqarov, 10. Murtuzəli Anakarov, 13. Hacıağa Hacıyev, 8. Yusif Cəfərov, 9. Qara Qarayev, 11. Oruc İsmayılov, 17. Famil Camalov

Xorvatiya: 1. Adrian Semper, 2. Matej Hudeçek, 3. Borna Sosa, 5. Martin Erliç, 6. Vinko Soldo, 4. Borna Boroveç, 7. Josip Brekalo, 8. Neven Durasek, 10. Nikola Moro, 9. Karlo İqor Majiç, 16. Adrian Bleçiç