Millimiz Moldovaya qarşı

millimiz-moldovaya-qarsi
Oxunma sayı: 802


“Qafqazinfo” nun Apasport.az saytına istinadən  məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri Moldovada bu ölkədən olan həmyaşıdları ilə görüşəcək.

 AVRO-2015-in seçmə mərhələsində mübarizəni davam etdirən yığmamız növbəti matçlara hazırlıq məqsədilə Tiraspolda qüvvəsini sınayacaq.

 Qeyd edək ki, Azərbaycan və Moldova milliləri arasında son yoxlama oyunu 2012-ci il noyabrın 14-də baş tutub və rəqiblər heç-heçə ilə ayrılıb – 1:1.

 

Yoldaşlıq oyunu

5 mart

17:00. MOLDOVA (U-21) – AZƏRBAYCAN (U-21)

Baş hakim: Sergey Derenov

Baş hakimin köməkçiləri: Filip Aleksançin, Denis Qala

Dördüncü hakim: Yuri Kovtun (hamısı Moldova)