Millimiz Moldovaya uduzdu

millimiz-moldovaya-uduzdu
Oxunma sayı: 7049

Bu gün futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, millimiz səfərdə Moldova yığmasının qonağı olub.

Kişineudakı “Zimbru” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Moldova 10-cu dəqiqədə Damascanın qolu ilə fərqlənib. Oyun rəqibin 1-0 qələbəsi ilə başa çatıb.

Moldova: 23. Avram, 3. Boloqan, 5. Posmak, 4. İqor Armaş (kap.), 15. İon Jardan, 22. Ratsa, 18. Dros, 17. Belousov, 14. Kostrov, 20. Platika, 9. Damaşkan

Azərbaycan: 23. Mehdi Cənnətov, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 7. Namik Ələskərov

Qeyd edək ki, yığmamız bundan əvvəlki yoxlama oyunlarında Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusa isə 2:1 qalib gəlib.