“Millimiz nəfəs aldı”- - Rövnəq Abdullayev

millimiz-nefes-aldi-
Oxunma sayı: 1993


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi evdə Maltanı 2:0 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmadan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev oyunla bağlı fikirlərini açıqlayıb. Federasiya prezidenti qələbəni belə şərh edib:   

“Ən əsası qələbədi. Çox şadıq ki, Azərbaycanın tarixində məşqçimiz ilk rəsmi oyununda qələbə qazanıb. Bu uğurun başlanğıcıdı. Mən onlara uğurlar arzuladım. Rəqib güclü komanda idi, həm Xorvatiya, həm də Bolqariya ilə oyunlarda xal qazanmışdı. Qələbə qazanmaqla komandamız nəfəs aldı, Yenidən ayağa qalxdı. Uğurlar arzulayıram”.