Millimiz Niderlandla bacarmadı

millimiz-niderlandla-bacarmadi
Oxunma sayı: 1230

Yanvarın 7-də Niderlandda qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində ilk oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, millimiz Apeldorn şəhərində meydan sahibləri ilə qarşılaşıb. Görüş Niderland yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.