Millimiz Norveçə qarşı

millimiz-norvece-qarsi
Oxunma sayı: 2050

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də bu gün cari tsikldə 9-cu matçına çıxacaq.

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda Norveçlə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunda millimiz ilk qələbəsini qazanmağı hədəfləyib.

Əvvəlki 8 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 2 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşib.

AÇ-2019-un seçmə mərhələsi

5-ci qrup

11 sentyabr

20:00. Azərbaycan - Norveç

Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (hamısı San Marino).

Bakı. “Dalğa Arena”.

1. Almaniya - 16

2. İrlandiya - 14

3. Kosovo - 12

4. Norveç - 11

5. İsrail - 8

6. Azərbaycan - 2