Millimiz Özbəkistana qalib gəldi

millimiz-ozbekistana-qalib-geldi
Oxunma sayı: 954

Futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan Azərbaycan millisi yanvarın 22-də növbəti yoldaşlıq oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, Bakı İdman Sarayında Özbəkistan yığması ilə üz-üzə gələn komandamız qələbə qazanıb - 4:3. Millimizin heyətində Oliveira Da Nascimento, Tiago Telles Martins, Eduardo Borges və İsa Atayev fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda Özbəkistan millisi 3:2 hesabı ilə qələbə qazanmışdı.