Millimiz Portuqaliya ilə qarşılaşacaq

millimiz-portuqaliya-ile-qarsilasacaq
Oxunma sayı: 1245

Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final görüşləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan millisi də yarımfinal uğrunda mübarizə aparacaq.

Yığmamız 1/4 finalda Portuqaliyaya qarşı mübarizə aparacaq.

Maraqlıdır ki, son dünya çempionatında da bu komandalar 1/4 finalda üz-üzə gəlmiş və millimiz rəqibinə 2:3 hesabı ilə uduzmuşdu.

Avropa çempionatı, 1/4 final

6 fevral

21:00. Portuqaliya - Azərbaycan

Hakimlər: Andrey Çerni (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)

Lyublyana. “Arena Stozice”