Sentyabrın 26-dan oktyabrın 4-də Belçika və Niderlanda qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Avropa çempionatına Sloveniyada hazırlaşan Azərbaycan millisi ikinci yoxlama matçını keçirib. Millimiz Polşa millisi ilə üz-üzə gəlib. Görüş baş məşqçi Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Voleybolçularımız ilk yoxlama oyununda Xorvatiya yığması ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub.
Hazırlıq prosesi çərçivəsində milli komandamız Sloveniya yığması ilə də yoxlama oyununda qüvvəsini sınayacaq.
Son xəbərlər
Son Xəbərlər