21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə keçirilən “Antalya Cup” turnirini qalib kimi başa vurub.
“Qafqazinfo” xəbər verir ki, komandamız son oyunda Bəhreyn yığması ilə qarşılaşıb və 4:0 hesablı qalibiyyət əldə edib. Lakin kubokun millimizə verilib-verilməyəcəyi bəlli deyil. Çünki komandamız turnirdə 5-ci matçına çıxmayacaq. Buna səbəb rəqibin Kosova millisi olmasıdır. Həmin oyundan imtina edən yığmamız yanvarın 30-da keçirilməli matçı buraxaraq vətənə dönəcək. Turnirin son turunu gözləmədiyi üçün kubokun komandamıza veriləcəyi də sual altındadır.
26 yanvar
“Antalya cup”, 4-cü tur
Azərbaycan U-21 – Bəhreyn U-20 - 4:0
Qollar: İlter Taşkın, 5 (1:0), Elnur Cəfərov, 24 (2:0), Ruslan Nəsirli, 79 (3:0), Abbas Hüseynov, 83 (4:0)
Son xəbərlər
Son Xəbərlər