Millimiz Qazaxıstana da uduzdu

millimiz-qazaxistana-da-uduzdu
Oxunma sayı: 801

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz ilkin seçmə mərhələ çərçivəsində Yunanıstan yığmasına 1:6, Almaniya komandasına isə 0:2 hesabı ilə məğlub olmuşdu.

Avropa çempionatı. Seçmə qrup mərhələsi. 3-cü tur

19 noyabr

16:00. Qazaxıstan U-17 - Azərbaycan U-17 2:0

Qollar: Dias Kuşumbayev, 3, Əlişir Rəhimcanov, 85

Baş hakim: Denis Şurman (Ukrayna)