Azərbaycan milli komandası 17 yaşlılar arasında Avropa Çempionatının qrup mərhələsində son oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, komandamız Şotlandiya ilə üz-üzə gələcək. Hazırda aktivində 1 xal olan komandamızın növbəti mərhələyə çıxmaq şansları elə də yüksək deyil.
Bunun üçün komandamız Şotlandiyaya 5:0 hesabı ilə qalib gəlməli. Portuqaliyanın Belçikanı 3:0 udmasını gözləməlidir.
***
Yığmamız şotlandları 1:0 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb. Lakin digər oyunda heç-heçə qeydə alındığından milli komandamız qrup mərhələsini üçüncü pillədə başa vurub. A qrupundan Portuqaliya və Belçika yığmaları 1/4 finala adlayıb.
Son xəbərlər
Son Xəbərlər