Millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayır

millimiz-qizil-avropa-liqasinda-mubarizeye-baslayir
Oxunma sayı: 927

Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, kişilərdən ibarət yığma Bakıda Rumıniyanı qəbul edəcək.

Görüş saat 18:00-da start götürəcək.

Qadınlar isə Xorvatiyadakı turnirdə meydan sahibləri ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.